Nuriyevin komandası məğlub oldu
Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi “Minay” bu turda səfərdə "Dnepr-1"lə qarşılaşıb və 0:3 hesabı ilə uduzub.
Nuriyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 62-ci dəqiqədə sarı vərəqə ilə cazalandırılıb.
“Minay” hazırda 18 xalla 14 komanda arasında sonuncu pillədə qərarlaşıb.