Nurlan İbrahimov neytral meydanla bağlı iddialara cavab verdi

Xəbər verdiyimiz kimi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Mölde" oyunu Bakıda keçirilməyə bilər. "Smp.no" saytı qarşılaşmanın neytral meydanda təşkil olunmasının mümkünlüyünü iddia edib. Buna səbəb odur ki, Norveç klubu Azərbaycan səfərindən sonra 10 günlük karantində olmalıdır. Yerli hökumətin bu məsələdə komandaya istisna tətbiq etməsi ehtimalı aşağı olduğundan matç fərqli məkanda oynanıla bilər.

Suallara aydınlıq gətirmək üçün üz tutduq "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimova. Klub rəsmisinin Sportline.az saytına açıqlamasını təqdim edirik.

"Mölde" tərəfi iddia edir ki, onlar Bakıdan qayıdanda bir müddət karantində qalmalıdır. Əslində, biz UEFA-nın müvafiq qaydalarına əsasən ölkə olaraq təhlükəsizliyə zəmanət vermişik. Oyunun Bakıda keçirilməsinin heç bir problem törətməyəcəyini bildirmişik. Biz görüşün neytral meydanda yox, Bakıda keçirilməyini istəyirik. Yaxın zamanlarda bu məsləyə aydınlıq gələcək".