Nurlan Novruzov Nepal klubunda debüt etdi

Azərbaycanlı futbolçu Nurlan Novruzov Nepalın "Lalitpur Siti" klubunda ilk oyununa çıxıb.

Sportline.az xəbər verir ki, komanda mövsümün açılış matçında paytaxtın digər təmsilçisi "Katmandu Rayzers"in qonağı olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Novruzov sonadək meydanda olub.

Qeyd edək ki, N.Novruzov bir neçə gün əvvəl "Lalitpur Siti" ilə 2 aylıq müqavilə imzalayıb.