Nurlanın komandasından qələbə

Estoniya çemponatında 14-cü turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” evdə “Legion” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

Novruzov start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib.

“Narva Trans” 13 xalla 8-ci pillədə qərarlaşıb.