"Nyukasl" "Arsenal"la anlaşa bilmir
"Nyukasl" klubu heyətə yeni qapıçı cəlb etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, "sağsağanlar" bu məqsədlə "Arsenal"ın qolkiperi Aaron Ramsdeyli transfer etməyə çalışırlar.
Amma, məsələnin həlli düyünə düşüb.
Talk Sport nəşrinin yaydığı məlumata görə londonlular Ramsdeylin krçidi üçün qarşı tərəfdən 58 milyon avro tələb edirlər.
Bu məbləğ isə "Nyukasl" rəhbərliyini qane etmir.
Çox güman ki, onlar David de Xeya variantına üstünlük verəcəklər.