"Nyukasl" "Barselona"nın futbolçusunu istəyir

"Nyukasl" klubu "Barselona"nın müdafiəçisi Andreas Kristensenin transferini planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda Diario Sport nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, kataloniyalılar 27 yaşlı danimarkalı ilə yolları ayırmaq istəməsələr də, İngiltərə təmsilçisi qərarında israrlıdır.

Qeyd edək ki, transfer dəyəri 40 milyon avro olan Kristensenin kataloniyalılarla 2026-cı ilin yayına qədər müqaviləsi var.