"Nyukasl" - "Qarabağ" matçının baş hakimi açıqlanıb
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Nyukasl” (İngiltərə) – “Qarabağ” matçı üçün hakim təyinatları açıqlanıb.
Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyun italiyalı 44 yaşlı tanınmış hakim Davide Massaya tapşırılıb.
Ona yan xətdə həmyerliləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Paireto yerinə yetirəcək. VAR-da Daniele Kiffi, AVAR-da isə Kristian Dingert (hər ikisi Almaniya) çalışacaq.
Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək. Komandaların Bakıda keçirilən ilk oyununda "Nyukasl" 6:1 hesabı ilə qalib gəlib.