"Nyukasl Yunayted" heyətini gənc futbolçu ilə gücləndirib

Premyer Liqa komandalarında "Nyukasl Yunayted" 19 yaşlı serbiya futbolçu Miodraq Pivası rənglərinə qatıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Pivas "Yedinstvo" klubundan heyətə cəlb olunub.

Gənc futbolçu mətuata açıqlamasında ""Nyukasl Yunayted" kimi bir komandaya qoşulmaq inanılmazdır. Başlamaq üçün səbirsizlənirəm. Klubun layihələri bura gəlmək qərarımı asanlaşdırdı" deyib.

Qeyd edək ki, ötən mövsüm Serbiya klubu ilə 26 oyuna çıxan futbolçu 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.