"Nyukasl"da yeni müqavilə

"Nyukasl" hücumçusu Kallum Vilsonla müqavilənin müddətini uzadıb.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, İngiltərə millisinin futbolçusu 2025-ci ilədək nyukasllıların formasını geyinəcək.

2020-ci ildə "Bornmut"dan transfer olunan forvard "Nyukasl"ın heyətində keçirdiyi 79 oyunda 40 qol vurub.

31 yaşlı futbolçu klubun bombardirlər siyahısında 6-cı yerdədir.