"Nyukasl"ı "Liverpul"a dəyişir
"Nyukasl Yunayted"in ingiltərəli futbolçusu Luyis Holl mövsümün sonunda komandasını dəyişəcək.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Liverpul" Luyis Holl üçün danışıqlara başlayıb.
20 yaşlı futbolçunun transfer qiyməti 25 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Luyis Holl bu mövsüm çıxış etdiyi 34 matçda 5 asistlə yadda qalıb.