"Nyukasl"ın yeni hədəfi
"Nyukasl"ın yeni hədəfi məlum olub.
Sprotline.az "TEAMtalk"a istinadla xəbər verir ki, bu, "Everton"un forvardı Dominik Kalvert-Lyuindir.
"Nyukasl" 26 yaşlı futbolçu üçün təklif hazırlayır. Kalvert-Lyuin cari mövsüm 11 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Komandanın digər hədəfi isə "Ştutqart"ın hücumçusu Seru Gerasidir.