"Nyukasl"ın yeni hədəfi

"Nyukasl"  heyəti gücləndirmək niyyətindədir.

Sportline.az xəbər verir ki, "sağsağanlar" bu məqsədlə Londona üz tutublar.

"The Sun"ın yaydığı məlumata görə, nyukasllılar "Tottenhem"in 28 yaşlı yarımmüdafiəçisi Pyer-Emil Xöyberqin xidmətində maraqlıdırlar.

Maliyyə feyr-pleyi ilə əlaqədar "Nyukas"lın futbolçunu ucarə əsasında heyətə qatacağı gözlənilir. 

Bu mövsüm 23 oyunda meydana çıxan Xöyberq məhsuldarlığı ilə yadda qalmayıb.