"Nyukasl"ın yeni mövsüm üçün forması təqdim olundu
"Nyukasl" İngiltərə Premyer Liqasının yeni mövsümü üçün geyim dəstini təqdim edib.
Sportline.az xəbər verir ki, "sağsağanlar" səfər formaları ilə X sosial şəbəkəsində "pərəstişkarlarının görüşünə gəliblər".
Bu geyim dəsti 1995-1996-cı ildəki klassik formaları xatırladır.
Qeyd edək ki, "Nyukasl" Premyer Liqanın son mövsümündə 60 xalla 7-ci pilləni tutmuşdu.