Obameyanq nömrə seçimini etdi
"Barselona"nın yeni transferi Pyer-Emerik Obameyanq komandada nömrə seçimini edib.
Sportline.az xəbər verir ki, bu barədə "El Chiringuito" məlumat yayıb. 33 yaşlı hücumçu Kataloniya təmsilçisində 25 nömrəli forma ilə oynayacaq.
Qeyd edək ki, Obameyanq "Barselona" ilə ötən gün 2025-ci ilin yayınadək müqavilə imzalayıb.