Okan Buruk ərəb klublarını tənqid edib
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Səudiyyə Ərəbistanı klublarının transfer prinsipini tənqid edib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, o, mediaya transferlərlə bağlı verdiyi açıqlamada : “ Mauro İkardini və Raşitzanı klubda saxlamaq istəyirik. Amma, Səudiyyə Ərəbistanı klublarının yüksək təklifləri bütün tarazlığı pozur. Güclü klubların maddi çətinliklərindən istifadə edərək ulduz futbolçuları transfer etməyi doğru addım deyil. Bizə gəldikdə isə ,əlbəttə ki, yeni mövsümə güclü heyətlə çıxmaq istəyirik. Maddi çətinliklər olmasına baxayaraq ən yaxşısını etməyə çalışacağıq”, - deyib.
Qeyd edək ki, “Qalatasaray” klubu 2 futbolçunu heyətində saxlmaq istəsə də Səudiyyə Ərəbistanı klublarının yüksək məbləğ təklif etməsi Türkiyə klubunun işlərini çətinləşdirib.