"Oklahoma Siti Tander" seriyada hesabı bərabərləşdirib
Milli Basketbol Assosasiyasında (NBA) yarımfinal həyacanı davam edir.
Sportline.az xəbər verir ki, “Oklahoma Siti Tander” “Paykom Senter”da “Denver Naqqets”lə üz-üzə gəlib. İlk period “Oklahoma”nın üstünlüyü ilə yekunlaşıb. 45:21.
Böyük fasiləyə qədər fərq daha da artıb. 87:56. Fasilədən sonrada təşəbbüsü əldən verməyən “Oklahoma Siti” yekunda 149:106 hesablı qələbə qazanıb. Bu qələbə sayəsində seriyada hesab bərabərləşib. 1:1.
Matçın ən məhsuldar basketbolçusu Şey Aleksander olub. 34 xal 4 ribaund 8 asist. “Denver Naqqets”də isə Rassel Vestbruk 19 xal 1 ribaund 5 asistlə yadda qalıb.