"Old Trafford"da dəyişiklik olacaq

İngiltərəli milyarder Cim Retkliff  "Old Trafford" stadionunda dəyişiklik etməyi planlaşdırır.

Sportline.az The Times nəşrinə istinadla xəbər verir ki, tanınmış iş adamı arenanın tamaşaçı tutumunu 90 minə yüksəltmək niyyətindədir. 

Hazırda bu göstərici 74 310 - dur. 

Qeyd edək ki, Retkliff  "Mançester Yunayted" səhmlərinin 25%-nə yiyələnməyə yaxındır.