"Olimpiakos" Bakıda belə dəstəklənəcək

"Olimpiakos"u Bakıda "Qarabağ"la UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda az sayda azarkeş dəstəkləyəcək.

Sportline.az xəbər verir ki, Pirey təmsilçisi "köhlən atlar"dan cəmi 50 bilet istəyib.

Əldə olunmuş razılığa əsasən, 26-cı sektorun biletləri də "Qarabağ" tərəfdarları üçün satışa çıxarılıb. Həmin biletləri iticket.az və kassalardan almaq olar.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək oyun saat 20:45-də başlanacaq.