"Olimpiakos" - "Bayer": Heyətlərdəki son durum

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları davam edir.

Sportline.az xəbər verir ki, "Olimpiakos" doğma meydanda "Bayer"lə qarşılaşacaq.

Yunanıstan təmsilçisində yeganə itki Teofanis Bakoulasın adı ilə bağlıdır.

Leverkuzen klubunda isə Mark Flekken, Natan Tella, Eliesse Ben Seqir zədə, Naba Mensah isə cəza səbəbindən meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Olimpiakos" - "Bayer" qarşılaşması Bakı vaxtı ilə bu gecə saat 12-də başlanacaq. Görüşün ədalət təmsilçisi Joao Pedro Silva Pinhero olacaq.