"Olimpiakos" komandası Bakıya yola düşüb
Yunanıstanın "Olimpiakos" komandası "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün Bakıya yola düşüb.
Sportline.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin rəsmi tviter hesabı paylaşım edib.
Bu gün saat 17:30-da komandanın baş məşqçisi Miçel Qonsalesin mətbuat konfransı baş tutacaq.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.