"Olimpiakos" mərakeşli futbolçu ilə yeni müqavilə imzalayıb
"Olimpiakos"da Ayub El Kaabinin gələcəyi məlum olub.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Yunanıstan klubu 31 yaşlı hücumçunun müqavilə müddətini 1 il uzadıb.
Mərakeşli futbolçu ötən mövsüm komandası ilə 50 oyuna çıxıb və 33 qol vurub, 3 asist edib. El Kaabi eyni zamanda Konfrans Liqasının 2023/2024 mövsümünün bombardiri olub.
Qeyd edək ki, təcrübəli forvard "Fənərbağça"nın da transfer gündəmində idi.