Olimpiya çempionumuz bürünc medalla kifayətləndi

Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan taekvondo üzrə Avropa çempionatına yekun vurulub.

Sportline.az xəbər verir ki, idmançımız Radik İsaev (+87 kq) almaniyalı rəqibi Cem Ünlüsoya 9:1 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.

Finalın bir addımlığında türkiyəli Emre Ateşliyə məğlub olan (7:8) taekvondoçumuz Avropa çempionatında bürünc mükafat qazanıb.