Olimpiya çempionumuz gümüş medal qazandı

Azərbaycanın kişi taekvondoçuları İranın paytaxtı Tehranda keçirilən G2 kateqoriyalı beynəlxalq "Fajr Open" turnirində 2 medal qazanıblar.

Sportline.az xəbər verir ki, yarışın son günündə 68 kq-da mübarizə aparan Cavad Ağayev və 87 kq-da çıxış edən Olimpiya, dünya və Avropa çempionu Radik İsayev yalnız final döyüşlərində məğlub olaraq ikinci yeri tutub.

Qeyd edək ki, daha əvvəl qadın taekvondoçulardan Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (53 kq) isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, milli Tehranda martın 10-dan etibarən 4 gün davam edəcək G-2 kateqoriyalı “President Cup” turnirində də qüvvəsini sınayacaq.