İslamiada: Olimpiya çempionumuz medalsız qaldı
Azərbaycan taekvondoçusu Radik İsayev Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında bu gün meydana çıxıb.
Sportline.az xəbər verir ki, olimpiya, dünya, ikiqat Avropa çempionu, 4-cü İslam Həmrəylik Oyunlarının qalibi +87 kq çəki dərəcəsində qazaxıstanlı rəqibi Baurcan Həsənovla bacarmayıb. Bununla da İsayev medalsız qalıb.
Qeyd edək ki, dünən olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionu Milad Beiqi də uduzaraq medal qazana bilməyib.