Olimpiya çempionumuza yeni vəzifə verildi

Fərid Mansurov daha bir məsuliyyətli vəzifənin öhdəsindən gəlməlidir. SportLine.az xəbər verir ki, Afina Yay Olimpiya Oyunlarının qəhrəmanı Gənclər və İdman Nazirliyinin idman şöbəsinə rəhbər təyin edilib. 

Xatırladaq ki, Olimpiya çempionu eyni zamanda Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir.