Olimpiya Oyunlarına daha 2 lisenziya
Türkiyənin İstanbul şəhərində taekvondoçuların Avropa Olimpiya Təsnifat Turnirin davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə seçməmizin daha iki üzvü mübarizəyə qoşulub. 49 kq-dək çəkidə yarışan Patimat Abakarova, 80 kq-dək çəkidə isə Milad Beigi Herçəqani bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da, təmsilçilərimiz Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyanı təmin ediblər.
Beləliklə, Azərbaycan taekvondo yığması Rio-2016-da tam tərkibdə - 4 idmançı ilə təmsil olunmaq hüququ qazanıb. Daha öncə Radik İsayev (+80 kq) və Fəridə Əzizova (67 kq) da bu vəzifənin öhdəsindən gəlib.
Qeyd edək ki, Patimat Abakarova və Milad Beigi Harçəqani Azərbaycanın qarşıdakı olimpiadaya qazandığı lisenziya sayını 32-yə çatdırıb.