Olimpiyadaya daha bir lisenziya
Azərbaycan 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. SportLine.az xəbər verir ki, bu uğura taekvondoçumuz Radik İsayev nail olub. İdmançımız Mexikoda keçirilən Dünya Qran-Prisində topladığı xallar hesabına adını Braziliyaya yollanacaq heyətə yazdıra bilib.
Qeyd edək ki, bu, Azərbaycanın əldə etdiyi 28-ci lisenziyadır.