Olise “Bavariya”dan ayrılmayacaq

Maykl Olise karyerası ilə bağlı qərar verdi.

Sportline.az xəbər verir ki, “Bavariya"nın sağ cinah vingeri Maykl Olise yay transfer pəncərəsində klubunu tərk etməyəcək.

Məlumata görə, futbolçuya “Real Madrid”, “Barselona” və “Liverpul” kimi Avropa nəhəngləri ciddi maraq göstərsə də, o, Almaniya klubunda qalmağa qərarlıdır.