Olise İngiltərə nəhənginin radarındadır
"Bavariya"nın ulduzu Maykl Olise "Liverpul"un diqqət mərkəzindədir.
Sportline.az xəbər verir ki, Mersisayd klubu bu keçid üçün qarşı tərəfə 170 milyon avro ödəməyə hazırdır.
Bu haqda "Talk Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Olise cari mövsüm meydana çıxdığı 39 matçda 16 qol, 27 asistlə yadda qalıb.