Olise İspaniya La Liqasında çıxış etməyə müsbət baxır
"Bavariya"nın sağ cinah vingeri Maykl Olise karyerasını İspaniya La Liqasında davam etdirmək istəyir.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
24 yaşlı fransalı futbolçu ilə "Real Madrid" və "Barselona" yaxından maraqlanır.
Qeyd edək ki, Olisenin transfer qiyməti 130 milyon avrodur.