Olise İspaniyada çıxış etməyə müsbət yanaşır

"Bavariya"nın fransalı ulduzu Maykl Olise İspaniya La Liqasında çıxış etməyə müsbət yanaşır.

Sportline.az xəbər verir ki, "Real Madrid" və "Barselona" 24 yaşlı sağ cinah vingeri ilə yaxından maraqlanır.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Olise bu mövsüm meydana çıxdığı 34 matçda 13 qol, 25 asistlə yadda qalıb.