Olise "Real Madrid"ə müsbət yanaşır

"Bavariya"nın sağ cinah vingeri Maykl Olise "Real Madrid"in diqqət mərkəzindədir.

Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.

24 yaşlı futbolçunun transfer qiyməti 130 milyon avrodur.

Qeyd edək ki, M.Olise cari mövsüm meydana çıxdığı 34 matçda 13 qol, 25 asistlə yadda qalıb.