Olise “Real Madrid”in hədəfindədir
"Real Madrid" transfer bazarında rekord keçidə hazırlaşır.
Sportline.az xəbər verir ki, İspaniya nəhəngi Almaniya təmsilçisi "Bayern Münhen"də çıxış edən Maykl Olise üçün yüksək məbləğdə təklif etməyi planlaşdırır.
Məlumata görə, Madrid klubu fransalı futbolçu üçün 160-165 milyon avro civarında təklif irəli sürə bilər. Bu transfer reallaşarsa, klub tarixinin ən bahalı keçidlərindən biri olacaq.