Olise seçim etməlidir: "Real Madrid" yoxsa "Liverpul"?

"Bavariya"nın ulduzu Maykl Olise yayda komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Real Madrid" və "Liverpul" 24 yaşlı sağ cinah vingerini heyətinə qatmaqda israrlıdır.

Bu haqda "Sport Bild" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Olise bu mövsüm meydana çıxdığı 38 matçda 15 qol, 27 asistlə yadda qalıb.