Olise üçün Avropa nəhəngləri yarış içərisindədir

"Bavariya"nın sağ cinah vingeri Maykl Oliseni Avropa nəhəngləri transfer etmək istəyirlər.

Sportline.az xəbər verir ki, "Real Madrid" və "Mançester Siti" 24 yaşlı futbolçu üçün transfer yarışına girib.

Bu haqda jurnalist Kristian Folk məlumat yayıb.

Fransa millisinin üzvünün transfer qiyməti 130 milyon avrodur.

Qeyd edək ki, Münhen təmsilçisi ulduz oyunçusu satmaq niyyətində deyil.

O, bu mövsüm meydana çıxdığı 30 matçda 13 qol, 16 məhsuldar ötürmə müəllifi olub.