Olise üçün iki nəhəng klubdan təklif var
"Bavariya"nın sağ cinah vingeri Maykl Olise üçün iki nəhəng klubdan təklif var.
Sportline.az xəbər verir ki, "Real Madrid" və "Mançester Siti" 24 yaşlı futbolçunu transfer etmək üçün yarışa girib.
Bu haqda jurnalist Kristian Folk məlumat yayıb.
Qeyd edək ki, Fransa millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 13 qol, 16 məhsuldar ötürmə müəllifi olub.