Olise yayda komandasını dəyişə bilər
Bundesliqa ulduzu Maykl Olise dünyanın ən zəngin klublarının transfer hədəfi kimi önə çıxıb.
Sportline.az xəbər verir ki, 24 yaşlı fransalı futbolçunu "Real Madrid" və "Mançester Siti" yaxından izləyir.
"Fichajes" nəşrinin yaydığı məlumata görə, Pep Qvardiola "Siti"nin bu transferdə əsas təşəbbüskar rolunu oynayır.
Olisenin Münhen klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir və "Transfermarkt" portalı ona 130 milyon avro dəyər verir.