Olisenin elçiləri çoxalıb

“Bavariya”nın fransalı sağ cinah vingeri Maykl Olise Avropa nəhənglərinin transfer radarındadır.

Sportline.az jurnalist Kristian Folkun məlumatına istinadən xəbər verir ki, “Real Madrid”, “Mançester Siti” və “Liverpul” 24 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.

Sözügedən oyunçunun transfer qiyməti 130 milyon avrodur.

Qeyd edək ki, M.Olise cari mövsüm meydana çıxdığı 30 matçda 13 qol, 16 asistlə yadda qalıb.