Olisenin transfer qiyməti bəlli olub

"Bavariya" fransalı sağ cinah vingeri Maykl Olise üçün 100 milyon avrodan yuxarı məbləğ tələb edir.

Sportline.az xəbər verir ki, "Real Madrid" və "Liverpul" 24 yaşlı oyunçu üçün transfer yarışına girib.

Bu haqda "Kicker" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Olise 2024-cü ildən Münhen klubunda çıxış edir.