Ölkə çempionatında növbəti tur başlanır
Bu həftə həndbol üzrə Azərbaycan çempionatlarında I-IV yerlər uğrunda növbət oyunlar keçiriləcək.
AHF-dən Sportline.az-a verilən məlumata görə, mayın 14-də saat 13:00-da qadınlardan ibarət "İdman Akademiyası" və "Qarabağ" komandaları "AHF Arena"nın meydançasına çıxacaqlar. Həmin gün saat 19:30-da isə kişilərdən ibarət "Qarabağ" və "Bakı" üz-üzə gələcək.
Mayın 17-nə daha iki oyun təyin olunub. Saat 12:00-da qadınların mübarizəsində "Kür" - "Azəryol", 14:00-da kişilərin final mərhələsində "Azəryol" - "Kür" görüşunün startı veriləcək.
Hər iki qarşılaşma AHF-nin "YouTube" və "Facebook" səhifələrində canlı yayımlanacaq.