Onana “Mançester Yunayted”də
“Mançester Yunayted” Kamerun millisinin qolkiperi Onananı heyətinə qatıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, İngiltərə klubu kamerunlu qolkiperin transferini rəsmi instagram hesabında paylaşıb.
Ötən mövsüm “İnter”in formasını geyinən 27 yaşlı qolkiper yeni mövsümdə “qırmızı şeytanlar”ın şərəfini qoruyacaq.
“Mançester Yunayted” Onana üçün “İnter”ə 52 milyon funt sterlinq ödəyib.
Qeyd edək ki, Andre Onana 2022/23 mövsümündə “İnter” forması ilə 41 oyuna çıxıb.