Onana "Mançester Yunayted"də qalmaq istəyir
"Mançester Yunayted"in kamerunlu qapıçısı Andre Onana klubda qalmaq istəyir.
Sportline.az "ManUtdNews"a istinadən xəbər verir ki, Onana uğursuz mövsüm keçirməsinə rəğmən "Mançester Yunayted"i tərk etmək niyyətində deyil.
28 yaşlı kiper bu mövsüm 36 rəsmi matçda iştirak edib. Qapısında 50 qol görüb.
Qeyd edək ki, Onana 2023-cü ilin yayında "İnter"dən 50 milyon avro qarşılığında "Mançester Yunayted"ə transfer olmuşdu.