Onana "Mançester Yunayted"in oyununu yüksək qiymətləndirir
"Mançester Yunayted"in qolkiperi Andre Onana tənqid hədəfi olan komandasına dəstək olub.
Sportline.az "Centre Devils"ə istinadla xəbər verir ki, qapıçı komandasının çıxışını yüksək qiymətləndirib.
“Bəzən məğlub ola bilərsən, amma hər matçda mübarizə aparmalısan. Bəzən səhv edirik, bu həyatın bir hissəsidir. Bu klubda biz həmişə mübarizə aparmalıyıq. Mən komandamın oyununu yüksək qiymətləndirirəm”, - deyə Onana bildirib.