Onu bir milyon insan yola salacaq

Dünya futbolunun əfsanəsi Dieqo Maradonanın vida mərasimində bir milyona yaxın insanın iştirak edəcəyi gözlənilir.

Sportline.az xəbər verir ki, səlahiyyətli orqanlar koronavirus pandemiyası şəraitində matəm tədbirinin təşkili üzərində işləyirlər.

Mərasimin bir neçə gün də davam edəcəyi istisna olunmur.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.