Onun taleyi "Qalatasaray"ın əlində

Bu həftə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunun oyunları keçiriləcək.

Sportline.az xəbər verir ki, maraqlı oyunlardan biri A qrupunda "Mançester Yunayted"lə "Qalatasaray" arasında olacaq.

"Old Trafford"da keçiriləcək görüş taleyüklüdür.

Belə ki, "Mançester Yunayted" qələbə qazana bilməsə, baş məşqçi Erik Ten Haqla yollar ayrılacaq. 

Komandanın İngiltərə Premyer Liqasındakı uğursuz çıxışı klub rəhbərliyinin "səbr kasasını daşırıb".

Qeyd edək ki, rəqiblər indiyədək 7 dəfə üz-üzə gəliblər.

Bu qarşılaşmaların 3-də "qırmızı şeytanlar, 1-də "cim-bom" qələbə qazandığı halda 1 oyunda qalib müəyyənləşməyib.