"Ordu"nun baş məşqçisi: "Fasilədən sonra müdafiədə çox yaxşı oynadıq və qalib gəldik"
"Fasilədən sonra müdafiədə çox yaxşı oynadıq və qalib gəldik".
Sportline.az xəbər verir ki, bunu "Ordu"nun baş məşqçisi Alberto Blanko "Lənkəran"a qarşı Azərbaycan Basketbol Liqasının XIX turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis qələbə qazandıqları üçün sevincli olduqlarını bildirib:
"Matçın əvvəli bərabər səviyyədə keçsə də, boyük fasilədən sonra müdafiədə çox yaxşı oynadıq və qalib gəldik. Rəqibə qarşı pressinq etdikdən sonra onlar bizə müqavimət göstərə bilmədi. Bundan sonra növbəti oyunlara hazırlaşacağıq".
Qeyd edək ki, "Ordu" - "Lənkəran" qarşılaşması birincilərin 87:65 hesablı qələbəsi ilə yekunlaşıb.