Osayi Samuel karyerasını Şotlandiyada davam etdirə bilər
“Fənərbağça”nın nigeryalı futbolçusu Brayt Osayi Samuel yanvarda klubdan ayrıla bilər.
Sportline.az “fotomaç” nəşrinə istinadən xəbər verir ki, “Reyncers” klubu 26 yaşlı futbolçunu yanvar ayında heyətinə qatmağı planlaşdırır. Şotlandiya klubunun rəhbərliyi Osayi üçün “Fənərbağça”ya 15 milyon avro təklif edib.
“Fənərbağça” rəhbərliyi təcrübəli futbolçu üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, Brayt Osayi Samuel bu mövsüm çıxış etdiyi 7 matçda 1 asistlə yadda qalıb.