Oskar de la Xoyya Berlanqinin cavabını verdi

Sabiq dünya çempionu Oskar de la Xoyya ortaçəkili boksçu Edqar Berlanqinin qalmaqallı açıqlamasını cavablandırıb.

Sportline.az xəbər verir ki, onu görəndə vuracağını deyən Berlanqiyə belə müraciət edib: "Niyə belə deyirsən? Mən səndən puertorikalı olmağın haqqında sübut göstərməni xahiş etmişdim. Axı, sən puertorikalı deyilsən. Mən Feliks Trinidadla döyüşəndə o, bütün Puerto-Rikanı Las Veqasa gətirmişdi. Bu faktdır sadəcə. Özünü ələ al. Çünki, Kanyelo bu həftə sənin dərsini verəcək".

Qeyd edək ki, De la Xoyya bu sözləri "YouTube"dakı Fight Hub TV-yə müsahibəsində deyib.