Ötən ayın ən yaxşısı məlum oldu

İspaniya La Liqasında noyabr ayının ən yaxşı futbolçusu məlum olub.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, ötən ayın ən yaxşısı “Atletiko”nun yarımmüdafiəçisi Joao Feliks seçilib.

Noyabr ayında 3 matça çıxan 21 yaşlı oyunçu həmin qarşılaşmalarda 2 qol və 1 qolun ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, portuqaliyalı futbolçu “Atletiko”ya ötən il “Benfika”dan keçib.