Zubimendini 2 nəhəng klub transfer etmək istəyir
"Real Sosyedad"ın ispaniyalı futbolçusu Martin Zubimendi klubdan ayrılmaq istədiyini açıqlayıb.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" və "Arsenal" Zubimendini transfer etmək niyyətindədir.
26 yaşlı futbolçunun transfer qiyməti 60 milyon avro olaraq qalıb. O klubla yeni müqavilə imzalamaq istəmir.
Qeyd edək ki, Zubimendinin "Sosyedad"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.